EN

Hindistanda qadın ərini böyrəyini satmağa məcbur etdikdən sonra pulu götürərək sevgilisi ilə qaçıb

Hindistanın Qərbi Benqal əyalətində yaşayan qadın ərini aldadaraq böyrəyini satmağa məcbur edib. Sonra pulu oğurlayaraq sevgilisi üçün onu tərk edib.

Herbiand.az bildirir ki, bu barədə Hindustan Times məlumat yayıb.

Qadın ərindən qızlarının gələcəyi naminə böyrəyini satmasını istəyib. O, kişiyə qızının təhsili və toyunu təşkil etmək üçün pullarının olmadığını izah edib. Nəhayət, ər razı olub və alıcı axtarmağa başlayıb. Bir il sonra o, böyrəyini bir milyon rupiyə satmağa nail olub.

Lakin məlum olub ki, qadın ərini aldadıb. Qadın internetdə bir rəssam ilə tanış olduqdan sonra onunla münasibət qurmağa başlayıb. Onlar qaçmaq qərarına gəlsələr də, pul lazım olub. Ona görə qadın ərindən orqan satışından gələn pulu tələb etməyə başlayıb.

Xəyanətə məruz qalan kişi polisə müraciət edib və onlar qadının izinə düşüblər. O, qızı, arvadı və sevgilisinin birlikdə məskunlaşdığı evə gəlib. Kişi arvadındın çölə çıxması üçün yalvarmağa başlayıb, lakin qadın ondan imtina edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
12
herbiand.az

1Sources