Rusiyanın “Cənub” hərbi qrupunun bölmələri Ukrayna Silahlı Qüvvələrinin (AFU) tərkibindəki “Xarici legion” birləşməsini məğlub edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna hərbçilərinin 7 briqadasının cəmləşdiyi ərazilərə zərbələr endirib. Hədəf "Xarici legion" birləşmələrindən birinin canlı qüvvəsi və texnikası olub.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin və silahlarının cəmləşdiyi yerlər Donetsk vilayətində olub. Onlar Çasov Yar, Konstantinovka, Orexovo-Vasilevka, Daçnoye, Dyleevka, Yantarnoye, İvano-Daryevka və Zelenovka yaşayış məntəqələri ərazisində aşkarlanıb.
“Ukrayna Silahlı Qüvvələri 260-a qədər hərbçi, bir zirehli döyüş maşını, dörd avtomobil və dörd səhra artilleriya qurğusunu itirib”, - nəşr yazır.