EN

Dövlət qurumu portaldan kənar seçilən anbarı - 2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi  “Anbar sahəsinin 2025-ci il üzrə icarəsi” tenderinin nəticələrini elan edib.

Dövlət qurumları ofis icarəsinə milyonlar xərcləyir – QURUMLAR, MƏBLƏĞLƏR, İCARƏDƏN QAZANANLAR - SİYAHI

FED.az xəbər verir ki, tenderin qalibi “Bridge Properties” MMC (VÖEN: 1300052641) olub.

Qalib şəxslə 2 070 281 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Chosen
8
fed.az

1Sources