Prezident İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Anura Kumara Dissanayakeyə təbrik məktubu göndərib.
Publika.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.