EN

Oğuzun Mollalı kənd sakinləri sel təhlükəsi ilə üz-üzə: "45 ailəyə ziyan dəyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Oğuzun Mollalı kənd sakinləri hər il yaz və payız aylarında güclü yağışlar zamanı Türyançay çayına gələn sel nəticəsində ciddi ziyanla üzləşdiklərini bildirirlər.
Onlar qeyd edirlər ki, çayın kəndə yaxın olan hissəsində daş-beton bənd olmadığından sel suları həyətyanı sahələrə, təsərrüfatlara və yollara ziyan vurur.
"Keçənilki sel daha dəhşətli idi, 45 ailəyə ziyan vurub. Yaxınlıqdakı balıqçılıq təsərrüfatı da məhv oldu. Məhsullarımızı sel apardı. Həyətlərə dolan lili çətinliklə təmizlətmişik. Bir də sel gəlsə, daş ütündə daş qalmayacaq", - deyə kənd sakinləri narazılıq bildiriblər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Chosen
11
1
oxu.az

2Sources