1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Federal Antiinhisar Xidməti İdarəsinin Kareliya Respublikası üzrə rəhbəri Artur Pryaxin Petrozavodsk şəhərində intihar edib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Bildirilir ki, ölüm halı iş yerində qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda A.Pryaxinin xidməti kabinetinin pəncərəsindən düşdüyü görünür. O, beşinci mərtəbədən düşərək yerindəcə keçinib.
Fakt üzrə araşdırma aparılır.