EN

Kadi Borges "Qarabağ"a qayıtdı!

Ardıcıl 4 məğlubiyyətə görə ruhdan düşən “Qarabağ” azarkeşlərinin sevinməsi üçün tutarlı əsas var.

Juninyonun ayrılmasıyla hücum xəttində ciddi itkiylə üzləşən ağdamlılar boşluğu doldurmağın yolunu tapıb. Ölkə çempionu sabiq futbolçusu Kadi Borgeslə anlaşıb.

Bu barədə "Football-plus.az"a tanınmış menecer Tural Əsgərli məlumat verib.

Macarıstan klubu "Ferentsvaroş"dan ayrılan oyunçu artıq Bakıdadı. Tibbi müayinədən keçən braziliyalı sağ cinah vingeriylə tezliklə müqavilə imzalanacaq. Xatırladaq ki, Kadi yarımmüdafiənin solunda və hücumameyilli yarımmüdafiəçi mövqeyində də oynaya bilir.

KƏNAN BAHADIR

1Sources