“Milan” “Çelsi”nin futolçusu Joau Feliksi icarəyə götürüb.
Msport.az xəbər verir ki, portuqaliyalı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
26 yaşlı forvard yeni komandasında 79 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Joau Feliks bu mövsüm “Çelsi”nin heyətində 20 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.