EN

Britaniya bu il Kiyevə əvvəlkindən daha çox hərbi dəstək verəcək

Böyük Britaniyanın baş naziri Kir Starmer cəbhədəki vəziyyəti sabitləşdirmək üçün Ukraynaya yardımı artırmağa çağırıb. 

HİT.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Onun sözlərinə görə, Ukraynanın müttəfiqləri onun müdafiəsini dəstəkləmək üçün əllərindən gələni etməlidirlər. Bu, cəbhə xəttinin sabitləşməsinə kömək edəcək, Ukrayna qoşunları lazımi səviyyədə təlim keçəcək və lazımi avadanlıqla təmin olunacaq. Bu səbəbdən 2025-ci ildə London Kiyevə əvvəlkindən daha çox hərbi dəstək verəcək.

Britaniyanın baş naziri həmçinin Avropa ölkələrindən Ukraynaya dəstək üçün səylərini artırmağı tələb edib.

Fevralın 3-də Brüsseldə keçirilən beynəlxalq konfransda çıxışı zamanı Starmer Avropa liderlərini Rusiyaya iqtisadi təzyiqləri, o cümlədən əsas sektorlarda yeni sanksiyalar və məhdudiyyətlər tətbiq etməyə çağırıb.

Samir
 

Chosen
18
hit.az

1Sources