EN

Bu ölkədə çevrilişə görə 5 mlrd dollar xərclənib - ŞOK

ABŞ Beynəlxalq İnkişaf üzrə Amerika Agentliyi (USAID) vasitəsilə 2014-cü ildə Maydan hərəkatını maliyyələşdirib və hakimiyyətin devrilməsi üçün 5 milyard dollar xərcləyib.

Ölkə.Az xəbər verir ki, bunu amerikalı siyasətçi, kiçik Robert Kennedi jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Kennedinin sözlərinə görə, Viktor Yanukoviç hökuməti Qərbin tərəfinə keçməkdən imtina etdi və bu, onun hakimiyyətdən uzaqlaşdırılmasına səbəb oldu.

"ABÅž KiyevdÉ™ Ukraynada Yanukoviç hökumÉ™tinin devrilmÉ™si ilÉ™ nÉ™ticÉ™lÉ™nÉ™n etiraz aksiyalarına 5 milyard dollar xÉ™rclÉ™yib”, - Kennedi qeyd edib.

Kennedi bundan öncə isə deyib ki, Ukraynada ABŞ-nin bioloji laboratoriyaları fəaliyyət göstərir və onların məqsədi etnik bioloji silahların yaradılmasıdır.

Mürtəza
Ölkə.Az

Chosen
13
1
olke.az

2Sources