![qəzzada](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/10/24/1/c6a96a67-e895-41e7-ac39-57aca8f63487/unrwa-yeni123a.jpg)
2023-cü ilin oktyabr ayından Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 270-dən çox əməkdaşı həlak olub.
Yeniavaz.com xəbər verir ki, bunu UNRWA-nın kommunikasiyalar üzrə direktoru Culyet Tuma sosial şəbəkə hesabında deyib.
“Müharibə 15 ay əvvəl başlayandan bəri Qəzza zolağında 270-dən çox əməkdaşımızı itirmişik”, - Tuma yazıb.
Tuma həmçinin qeyd edib ki, 2023-cü ilin oktyabr ayından etibarən UNRWA-nın Qəzza zolağındakı obyektlərinin üçdə ikisi, o cümlədən köçkün ailələri üçün sığınacaqlar zədələnib.