EN

"Bayden administrasiyasının şəffaflıq tələbinə zidd addımları ifşa olundu" - Vüsalə Hüseyinli

Son günlər ABŞ-da baş verən hadisələr, xüsusilə audit yoxlamalarının aşkar etdiyi korrupsiya faktları, Bayden administrasiyasının dünyadan şəffaflıq tələb etməsinə baxmayaraq, özünün şəffaf olmadığını ortaya qoydu.

Bu barədə İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Bayden administrasiyasının korrupsiyaya bulaşması ilə bağlı ittihamlar əvvəldən mövcud idi. Xüsusilə Ukraynaya yardımların mənimsənilməsi və Bayden ailəsinin siyasi nüfuzdan istifadə edərək korrupsiya əməllərinə yol verməsi ilə bağlı iddialar dəfələrlə səsləndirilib.

Sonuncu hadisələr, xüsusilə Ukrayna Prezidenti Zelenskinin ABŞ administrasiyasını korrupsiyada ittiham etməsi və auditin aşkarladığı faktlar, Ağ Evdə şəffaflıq prinsipinin pozulduğunu bir daha təsdiqləyir:

"Baydenin prezident kimi son günlərində oğlunu əfv etməsi də bu ittihamları gücləndirib. Demokratiyanın mərkəzi sayılan Ağ Ev dünyaya demokratiya dərsi keçmək iddiasında olsa da, onun öz daxilində şəffaflıq prinsipləri pozulub".

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
7
qht.az

1Sources