EN

Rusiyanın keçmiş baş naziri Stalinin səhvindən danışıb



Rusiyanın keçmiş baş naziri Sergey Stepaşin deyib ki, Ukrayna BMT-yə İosif Stalinin sayəsində daxil olub. Bu barədə RİA Novosti məlumat yayıb.O, bu barədə Livadiya sarayında Yalta Konfransının 80 illiyi şərəfinə keçirilən tədbir zamanı bildirib. Stepaşinin sözlərinə görə, Ukraynanın BMT-yə daxil olmasında təkid edən Stalin olub.
“Banderanın Ukraynasından olan cənablara daha bir cəhəti xatırlatmaq istərdim. Onlar xatırlayırlar ki, Ukrayna BMT-yə suveren dövlət kimi daxil olub. Stalin təkid edirdi. Çünki (İkinci Dünya Müharibəsi nəticəsində – redaktorun qeydi) ən böyük itkiləri Ukrayna verib. Ukraynada və Belarusda”, - deyə o bildirib.
Bundan əvvəl Stepaşin Vladimir Zelenskini terrorçu kimi tanımağa çağırıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
10
aia.az

1Sources