EN

RİİN AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırmanın ilkin hesabatı ilə bağlı məlumat yayıb

Bakı. Trend:

25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakışəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysiüzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yə(“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi iləqeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisiQazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığındaqəzaya uğramışdır.

Trend Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, qəza nəticəsindəiki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarəbələdçisi və 35 sərnişin həlak olmuşdur.

Bildirilir ki, insan tələfatı və xəsarət alanlar olmasınabaxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti vəcəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və 29nəfərin həyatını xilas etmək mümkün olmuşdur.

"Qazaxıstan Respublikasında gözlənilən qəza enişi barədə məlumatdaxil olduqdan dərhal sonra zəruri qəza-xilasetmə tədbirləri həyatakeçirilmiş, sağ qalanlar təxliyə edilərək tibbi yardımgöstərilmişdir.

Azərbaycan və Qazaxıstanın tərəfdar olduğu 1944-cü il ÇikaqoKonvensiyasının 13 saylı Əlavəsinə əsasən, hadisənin baş verdiyidövlət kimi Qazaxıstan araşdırmaya başlamışdır. Bu araşdırmanınməqsədi uçuşların və aviasiya təhlükəsizliyinin təmin edilməsiolub, təqsirli şəxslərin müəyyən edilməsi ilə bağlı deyildir.Araşdırmanın nəticələri beynəlxalq aviasiya normalarına uyğunolaraq qəzanın obyektiv səbəblərini müəyyənləşdirmək və gələcəkdəoxşar hadisələrin qarşısını almaq üçün BMAT və maraqlı tərəflərətövsiyələr verməkdir. Azərbaycan Respublikası hava gəmisininistismarçısı, habelə mülkiyyətçisi olan ölkə statusu iləaraşdırmada iştirak etmişdir. Azərbaycan nümayəndələri araşdırmanınbütün mərhələlərində, o cümlədən hadisə yerinə baxışın həyatakeçirilməsi və faktların qeydiyyatı məqsədilə foto və videogörüntülərin təmin edilməsi, hava gəmisinin qara qutularında (CVFDRavadanlıqlarında) olan məlumatların Braziliyanın AviasiyaQəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində(CENIPA) oxunması prosesində iştirak etmişlər, əlavə məlumat vəsübutların toplanmasını da həyata keçirmişlər. Məlumat üçünbildiririk ki, CVR (Cockpit Voice Recorder-kabina diktofonu) radioötürmələrini və kabinadakı səsləri, məsələn, pilotların səslərinivə kənar səsləri yazır, FDR (FlightData Recorder-uçuş məlumatları qeydiyyatçısı) isə vaxt,hündürlük, uçuş sürəti, kurs və təyyarənin mövqeyi kimi uçuşəməliyyatları ilə bağlı vacib parametrləri izləməlidir. Embraer190-100 IGW təyyarəsində hər iki funksiyanı birləşdirən iki CVFDRcihazı mövcud olmuşdur", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, BMAT tələblərinə əsasən, qəzanı araşdıran dövlət30 gün ərzində ilkin faktiki məlumatları əks etdirən hesabatı BMATvə maraqlı tərəflərə təqdim etməlidir. Qazaxıstanda yaradılmışaraşdırma komissiyası bu hesabatın hazırlanmasına Azərbaycannümayəndələrini də cəlb etmişdir. İlkin hesabat aşağıdakı faktlarıtəsdiq edir:

"25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakışəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysiüzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yəməxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmışEmbraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda vəQroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdəolmuşdur. Hava gəmisinin, o cümlədən onun idarəetmə sistemininuçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsilə öztəsdiqini tapmışdır. Hava gəmisinin mühərriklərinin hər ikisi qəzaanına qədər hər hansı texniki problem olmadan çalışmışlar. Buməlumat (FDR vasitəsilə təsdiq olunmuşdur. Hava gəmisi RusiyaFederasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanıüzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarınınitməsi halı ilə üzləşmişdir. Hava gəmisi hava şəraitinin əlverişliolmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirəbilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərarvermişdir. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərindəCVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktıqeydiyyata alınmışdır. CVR və FDR məlumatlarının tutuşdurulmasınəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyəsonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem,21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməkləsıradan çıxmışdır. Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçənvə kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə videoqeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajınınarxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çoxsayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunmuşdur. Havagəmisinin füzelyajında aşkar olunan zədələrin kənar obyektlərintəsiri nəticəsində formalaşması barəsində məlumat təqdimedilmişdir. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasınaişarə edən hər hansı fakt barəsində məlumat təqdim edilməmişdir.Hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsusolmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənarobyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətətəqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiqmənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizalarınkeçirilməsi planlaşdırılmışdır. 05:13:32-də hava gəmisinin əsasidarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer“Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir. Oksigen balonununpartlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeydolunmamışdır.

Burada sadalanan faktların təsdiqi ilə bağlı olan foto, habeləaudio və rəqəmsal qeydiyyat vasitələrindən çıxarışlar ilkinhesabatın mətnində verilmişdir.

BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabathazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatınhazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmadaiştirak edən digər dövlətlər tərəfindən artıq işlərbaşlanılmışdır", - məlumatda əlavə edilib.

Chosen
5
49
az.trend.az

10Sources