EN

Dispetçer “Kovyor” planının tətbiqi barədə AZAL təyyarəsinin ekipajına məlumat verməyib

Bakı. Trend:

Qroznıdakı dispetçer 2024-cü il dekabrın 25-də Aktauyaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsustəyyarənin ekipajına “Kovyor” planının tətbiqi barədə məlumatverməyib.

Trend xəbərverir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyiaviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.

Hesabatda “Kovyor” planının Azərbaycan təyyarəsininvurulmasından sonra tətbiq olunduğu dəqiqləşdirilib.

Sənədə əsasən, dispetçer “Kovyor” planının tətbiqi ilə bağlıekipajı məlumatlandırmayıb. Qroznı və Rostov dispetçerləri iləekipaj arasında aparılan danışıqların hesabatlarında “Kovyor” planıilə bağlı heç bir bildiriş qeydə alınmayıb.

Bundan əlavə, istintaq materialları göstərir ki, planın tətbiqibarədə yalnız AZAL reysi Qroznıdan alternativ aerodromlara getməyəbaşladıqdan sonra məlumat verilib. Hesabatda vaxt göstərilmir,lakin qeydə alınmış söhbətlər bunu göstərir.

Məqalədə:
Chosen
10
3
az.trend.az

4Sources