EN

Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi 25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş Azərbaycan Hava Yollarına məxsus Embraer-190 təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin araşdırma hesabatını dərc edib. Hesabat nazirliyin rəsmi saytında açıq şəkildə yayımlanıb.

İlkin məlumata görə, təyyarə uçuş zamanı "xarici obyektlər" tərəfindən zədələnmiş ola bilər. Hadisə nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i faciəvi şəkildə həlak olub, onların arasında 62 sərnişin və 5 ekipaj üzvü var idi. Həlak olanlar arasında altı Qazaxıstan vətəndaşı da olub.

Məlumat yeniləməsini izləyin.

Chosen
9
turan.az

1Sources