Qadın voleybolçular arasında IX turun oyunları keçirildi
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunları keçirilib.Manset.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə təşkil olunub. "Gəncə" UNEC-i, “Milli Aviasiya Akademiyası” “Murov Az Terminal”ı 3:0 hesabı ilə məğlub edib. "Abşeron" isə "Azərreyl"i 3:1 hesabı ilə üstələyib.
Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşıb.