EN

Qızılın spot qiyməti rekord həddə çatıb

Hərraclar zamanı qızılın bir unsiya qiyməti 2 836,72 dollara çatıb.

ABŞ-nin ticarət siyasətindəki qeyri-müəyyənlik fonunda qızılın spot qiyməti yenidən rekord səviyyəyə yüksəlib.

Operativ Media xəbər verir ki, hərraclar zamanı qızılın bir unsiya qiyməti 2 836,72 dollara çatıb.

Bundan əlavə, Nyu-Yorkun Comex birjasında fevral fyuçersləri 0,2% artaraq bir unsiya üçün 2 841 dollar olub. İlin əvvəlindən etibarən qiymətli metal 7,6% bahalaşıb.

Chosen
5
1
operativmedia.az

2Sources