Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus təyyarəninqəzası ilə bağlı yekun hesabatın hazırlanması üzrə işlərəbaşlanılıb.
Trend xəbər verir ki, bu barədə AZAL-ın Aktaudaqəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkinhesabatında qeyd olunub.
"BMAT-ın Çikaqo Konvensiyasına əsasən ilkin hesabathazırlandıqdan sonra qəzanın səbəbləri ilə bağlı qəza tarixindən 1il ərzində yekun hesabat hazırlanmalıdır. Həmin yekun hesabatınhazırlanması ilə bağlı Qazaxıstan Respublikası və araşdırmadaiştirak edən digər dövlətlər tərəfindən artıq işlərbaşlanılmışdır", - deyə hesabatda bildirilib.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçanEmbraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb vəxəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisihəlak olub, daha iki ekipaj üzvü sağ qalıb.