EN

Gürcüstanın məhv olmaq təhlükəsi var – prezidenti Mixail Kavelaşvili

Anti-gürcü qüvvələr ölkədə sabitliyi pozmaqda davam edir. Ona görə də Gürcüstanın məhv olmaq təhlükəsi hələ də aradan qalxmayıb.

Editor.az bildirir ki, bunu respublikanın yeni prezidenti Mixail Kavelaşvili parlamentin yaz sessiyasının açılışında bildirib. “Ölkənin məhv olmaq təhlükəsi hələ də aradan qalxmayıb. Hələ də Gürcüstanın sabitliyini pozmaq üçün səylərini əsirgəməyən anti-gürcü qüvvələr var”, – Mixail Kavelaşvili deyib. O, xarici dövlətlərin maraqlarından çıxış edən qruplaşmalar zəifləməyənə qədər təhlükənin qalacağını vurğulayıb.

Prezident milli maraqları və dövlətçiliyi seçmiş gürcü xalqının ölkənin xilasında əvəzsiz rolunu qeyd edib. Hakimiyyət xalqın iradəsini yerinə yetirərək, “ikinci cəbhə” və böhran açmağa hazır olan müxalifətdən fərqli olaraq, Gürcüstanı sülhə doğru aparmağa davam edəcək. Qeyd edək ki, Gürcüstan parlamentinin yaz sessiyasının açılışı Tbilisinin Rustaveli prospektində qanunvericilik binası qarşısında keçirilən etiraz aksiyası fonunda baş tutub. Müxalifət qüvvələri yeni seçkilərin keçirilməsini tələb etməkdə davam edir.

//Samir Qurbanov, Editor.az

Chosen
13
editor.az

1Sources