"Bavariya" klubu müdafiəçi Alfonso Deyvislə müqaviləni uzadıb.
90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu 2029/2030 mövsümünün sonuna qədər nəzərdə tutulan əmək müqaviləsi imzalayıb.
Deyvis 2019-cu ilin əvvəlindən "Bavariya"da oynayır. O vaxtdan bəri kanadalı 220 rəsmi oyun keçirib, 12 qol vurub və komanda yoldaşlarına 34 məhsuldar ötürmə edib. "Bavariya" hazırda Almaniya çempionatının cədvəlində birinci yerdədir.