Azərbaycan Basketbol Liqasının XIV turunda "Naxçıvan" "Abşeron"a qalib gəlib. Manset.az xəbər verir ki, A qrupunda baş tutan matçda bölgə təmsilçisi 76:70 hesablı qələbəyə sevinib. Turun açılış qarşılaşması Abşeron Olimpiya İdman Kompleksində baş tutub. Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.