EN

"Rusiya Əsədi Suriyanın yeni hakimiyyətlərinə təhvil verməyəcək"

"Rusiya devrilmiş prezident Bəşər Əsədi yeni Suriya hakimiyyətinə təhvil verməyəcək. Bu, Rusiya hakimiyyətinin məntiqinə ziddir".

HİT.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun rəhbəri, akademik Vitali Naumkin Valday Klubunun XIV Yaxın Şərq konfransı başlamazdan əvvəl TASS-a müsahibəsində deyib.

"Burada məsələ ondadır ki, Rusiya hakimiyyətinin bütün böyük çatışmazlıqlarına baxmayaraq, hələ də Rusiya ilə dost münasibətdə olan və bizimlə mehriban davranan keçmiş Suriya liderini faktiki olaraq siyasi sığınacaqla təmin edib", deyə Naumkin bildirib.

Bundan əvvəl Suriya televiziyası Suriyanın yeni hakimiyyət orqanlarının keçmiş prezident Bəşər Əsədin əmisi oğlu Atef Nəcibi saxladığını bildirmişdi.

Qeyd edək ki, Suriyanın devrilmiş liderinə Rusiyada siyasi sığınacaq verilib.

Samir
 

Chosen
2
hit.az

1Sources