EN

“Ethereum” üçün kritik günlər proqnozlaşdırılır

Kriptovalyuta bazarında dalğalanmalar davam edir. Son günlərdə ABŞ-Çin arasında ticarət gərginliyinin artması Bitcoin və altkoinlərdə ciddi enişlərə səbəb olub.

Valyuta.az xəbər verir ki, Bitcoin və digər kriptovalyutalar müəyyən qədər bərpa olsa da, ekspertlər “Ethereum” (ETH) qiymətinin daha da aşağı düşə biləcəyini proqnozlaşdırır.

"ETH" 2.200-2.400 dollar aralığına düşə bilər

Məşhur kriptovalyuta investorlarından biri, “Mechanism Capital” in həmtəsisçisi Andrev Kang, X hesabında etdiyi paylaşımda ABŞ-Çin ticarət münaqişəsinin davam etməsi halında “Ethereum” un 2.200-2.400 dollar səviyyəsinə qədər enə biləcəyini bildirib.

Bununla yanaşı, o, 2.900-3.000 dollar aralığını "ETH" üçün qısamüddətli müqavimət səviyyəsi olaraq qeyd edib.

Bu düşüş alım fürsəti ola bilər

Son enişlərlə birlikdə “Ethereum” ən çox dəyər itirən altkoinlərdən biri olub. Lakin böyük kripto investorları bu vəziyyəti alım fürsəti kimi qiymətləndirib. 2024-cü ilin avqust ayında böyük düşüş zamanı çox miqdarda "ETH" alan böyük miqdarda kriptovalyuta sahibi olan investorlar yenidən yüksək məbləğdə “Ethereum” alışı həyata keçirib.

Son 24 saat ərzində “Ethereum” 5,4% yüksələrək 2.710 dollara çatıb və hazırda bu səviyyədə ticarət olunur.

Sərvanə Rəmixanova

Chosen
8
valyuta.az

1Sources