EN

Aparıcı Leyla həyətindən nadir daş tapdı -

Tanınmış aparıcı Leyla Mustafayeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.Metbuat.az xəbər verir ki, o, “Instagram” hesabında qırmızımtıl rəngə malik daşın fotosunu paylaşaraq, onun kosmik mənşəyə sahib ola biləcəyini iddia edib. Axşam.az-a danışan aparıcı bildirib ki, daş onların evinin həyətində tapılıb:“Səhər saatlarında anam həyətdə qeyri-adi daş olduğunu görüb. İlk baxışda adi daşla qarışdırıb, daha sonra diqqət yetirib ki, həqiqətən fərqlidir. Daşın çəkisi 2 kiloqram 340 qramdır. Bu barədə mütəxəssislərlə maraqlandıq, dedilər ki, meteorit də ola bilər. Lakin bunun üçün laboratoriya araşdırması aparılmalıdır”.

Leyla Mustafayeva əlavə edib ki, daşın tam mənşəyini öyrənmək üçün mütəxəssislərin, xüsusilə, geoloq və astrofiziklərin rəyini gözləyir. Aparıcı bu barədə nəticələr əldə edildikdən sonra əlavə məlumat verəcəyini vurğulayıb.

Chosen
7
metbuat.az

1Sources