Fevralın 4-də Ermənistanın Fransadakı səfiri Arman Xaçatryan Fransa Prezidentinin hərbi müşaviri, Xüsusi Hərbi Qərargah rəisi, ordu generalı Fabien Mandonla görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub.