Futbol üzrə İtaliya Kuboku uğrunda ¼ final mərhələsində “Atalanta” mübarizəni dayandırıb.
Teleqraf.com xəbər verir ki, “Atalanta” gözlənilmədən öz meydanında “Bolonya”ya minimal hesabla (0:1) yenilərək ölkə kuboku ilə vidalaşıb.
Görüşün taleyini həlledən qolu sona 10 dəqiqə qalmış qonaqların argentinalı oyunçusu Santyaqo Kastro vurub.
İlk yarımfinalçı olan “Bolonya” növbəti mərhələdə “Yuventus” – “Empoli” görüşünün qalibi ilə qarşılaşacaq.
Müəllif: Teleqraf.com