Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından(BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərinTəşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə icrafərmanı imzalayıb.
Trend xəbər verirki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənəddə əlavə təfərrüatlar açıqlanmayıb. Qeyd edək ki, ABŞ artıqTrampın birinci prezidentlik müddətində BMT İHŞ-dən çıxmışdı.Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzliyanaşmaqda və insan hüquqlarını pozan hökumətləri müdafiə etməkdəittiham edir.
Bundan əlavə, yanvar ayında BMT Baş katibinin daiminümayəndəsinin müavini Fərhan Hak ABŞ-nin BMT qarşısında ümumiborcunun 2,8 milyard dollara çatdığını bildirmişdi.
Xatırladaq ki, ötən ay Tramp ABŞ-nin Ümumdünya SəhiyyəTəşkilatından (ÜST) çıxması barədə də fərman imzalamışdı.