Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Briciti kişi adlandıran jurnalist Nataşa Rey gələn həftə Rusiyadan siyasi sığınacaq tələb edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Fransua Danqlean məlumat yayıb.
Vəkil deyib: “O, hələ müraciət etməyib, lakin gələn həftə, ehtimal ki, Rusiyanın Parisdəki səfirliyi vasitəsilə bunu etməyi planlaşdırır. O, saxta məhkəmə prosesinin qurbanı oldu”.
O qeyd edib ki, Rey bu məsələdə Dövlət Dumasının deputatı Pyotr Tolstoyun köməyinə ümid edir, çünki onu Fransada yaxşı tanıyırlar.
Rey eyni zamanda saxta məhkəmədəki qanun pozuntularından Avropa İnsan Haqları Məhkəməsinə də müraciət etmək niyyətindədir.
Müəllif: Teleqraf.com