EN

Gəncləri erkən qocaldan içki və qidalar - Uzaq durun

Mütəxəssislər sağlamlığımıza mənfi təsir göstərən və erkən qocalmaya səbəb olan içki və qidaların siyahısını açıqlayıb.

Erkən qocalmaya səbəb olan içkilər

Şəkərli qazlı içkilər - Bədəndə iltihabı artırır, kollagen istehsalını zəiflədir və dərinin elastikliyini azaldır.

Enerji içkiləri - Yüksək şəkər və kofein tərkibi ilə hüceyrə yaşlanmasını sürətləndirir.

Alkoqollu içkilər - Dərini susuzlaşdırır, vitamin və mineralların mənimsənilməsini çətinləşdirir.

Erkən qocalmaya səbəb olan qidalar

Qızardılmış və fast-food məhsulları - Trans yağlarla zəngin olduğu üçün bədəndə oksidləşməni artırır.

Emal olunmuş ət məhsulları (sosiska, kolbasa və s.) - Konservantlar və duz tərkibi hüceyrələrin qocalmasını sürətləndirir.

Ağ un və şəkər tərkibli qidalar - Qan şəkərini sürətlə yüksəldərək insulin səviyyəsini pozur və qırışların yaranmasını sürətləndirir.

Süni şirinləşdiricilər - Maddələr mübadiləsini pozur və hüceyrələrin yenilənmə prosesinə mane olur.

Mütəxəssislər sağlam və gənc qalmaq üçün təbii, antioksidantlarla zəngin qidalara üstünlük verməyi tövsiyə edirlər.

Chosen
2
1
day.az

10Sources