EN

Meksikada həbsxana qiyamı nəticəsində yeddi nəfər həlak olub

Meksikanın Vilyaermosa şəhərindəki (Tabasko ştatı) həbsxanada baş vermiş qiyam nəticəsində yeddi nəfər ölüb.

"Far.Az" xəbər verir ki, bu barədə ştatın prokurorluğu sosial şəbəkədə məlumat yayıb.

"Tabasko ştatının Baş Prokurorluğu Tabasko ştatının Sosial Reinteqrasiya Mərkəzində baş vermiş və yeddi nəfərin ölümü ilə nəticələnən hadisələrlə bağlı araşdırmaya başlayıb", – qurumdan bildirilib.

"Proceso" nəşrinin məlumatına görə, qiyam iğtişaşların təşkilatçısı hesab edilən məhbusun qaçmağa cəhd göstərməsi nəticəsində baş verib.

Chosen
1
1
far.az

2Sources