EN

Tramp İran tərəfindən öldürülməsi ehtimalından danışdı

ABŞ prezidenti Donald Tramp deyib ki, Tehran tərəfindən öldürüləcəyi təqdirdə məsləhətçilərinə göstəriş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə "New York Post" nəşri yazıb.

Nəşrin məlumatına görə, o, İrana “maksimum təzyiqin” bərpası haqqında fərmanı imzalayarkən müvafiq bəyanatla çıxış edib.
O vurğulayıb: “Əgər bunu etsələr, məhv olacaqlar. Bu, son olacaq".

Amerika lideri həmçinin deyib ki, ABŞ-ın keçmiş lideri Co Bayden də analoji xəbərdarlığı etməliydi: "Lakin o, heç vaxt bunu etməyib. Səbəbini bilmirəm. Ola bilsin ki, intellekti çatmayıb”.


Müəllif: Teleqraf.com
Chosen
18
teleqraf.com

1Sources