Bakı. Trend:
İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-inməlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəziməlumat yayıb.
Zəlzələnin episentri 101 min nəfərin yaşadığı Ternate şəhərindən99 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 103 kmdərinlikdə olub.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunamitəhlükəsi elan edilməyib.