EN

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Yaponiyada məcburi eniş edib

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə YaponiyanınMatsuyama şəhərinin (Ehime prefekturası) hava limanına məcburi enişedib.

Trend-in Kyodoagentliyinə istinadən verdiyi məlumata görə, təyyarələrin növühələlik dəqiqləşdirilməyib. Hadisə nəticəsində ölən və yaralananlarbarədə məlumat yoxdur.

Qeyd edək ki, Yaponiyada ABŞ hərbi təyyarələri ilə bağlı bu kimiinsidentlər vaxtaşırı baş verir və bu hallar yerli sakinlər vəregional hakimiyyət orqanları arasında narazılığa səbəb olur.

Chosen
8
az.trend.az

1Sources