Ukrayna münaqişəsi ABŞ hərbi-sənaye kompleksi üçün itkidir
Ukrayna münaqişəsi ABŞ Prezidenti Donald Tramp üçün sərfəli deyil.
Reyting.az[/b] xarici mediaya istinadla xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Sergey Markov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu münaqişə Amerika hərbi-sənaye kompleksi üçün müəyyən itkilərə səbəb ola bilər:
“Birincisi, bu, nüvə müharibəsi təhlükəsi olan nüvə supergücü ilə münaqişədir.
İkincisi, qarşıdurma ABŞ-a külli miqdarda vəsait bahasına başa gəlir ki, bu da çoxsaylı daxili problemlərin həllinə sərf edilə bilər.
Bundan başqa, hazırda ABŞ-nın əsas rəqibi Rusiya deyil, Çindir”.
[b]E. KAMAL