Çinin Sincan-Uyğur Muxtar bölgəsində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri 102 min nəfərin yaşadığı Kuça rayonundan 87 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 35 km dərinlikdə olub.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
Bundan əvvəl Sincanda 5 bal gücündə zəlzələ Yarkənd qraflığından 67 km qərbdə, 128 min insanın yaşadığı ərazidə baş vermişdi.
Bizim.Media