EN

Qazaxıstan obyektiv mövqe ortaya qoya bilmədi



Qazaxıstan AZAL təyyarəsinin vurulması ilə bağlı obyektiv mövqe ortaya qoymadı. Görünür, Rusiya Qazaxıstana ciddi siyasi təzyiqlər edib. Azərbaycan KİV vasitəsilə Rusiyanın Pantsir1 HHM təyyarənin vurulmasını qeyd etdi. Azərbaycan təyyarəsi niyə vurulub?
Niyə üzr istənilmir?
Qazaxıstan Təyyarənin Pantsir1 raket vasitəsilə vurulduğunu və təyyarənin qəsdən Xəzər üzərinə yönləndirməsini açıqlaya bilmədi.
Qazaxıstan tərəfi Rusiyanın vurduğunu açıqlamadı. Əslində Astananın belə bir mövqe ortaya qoyacağı gözlənilən idi.
AZAL mülki təyyarəsi Rusiya siyasi hakimiyyətin göstərişi ilə Azərbaycana siyasi təzyiq etmək üçün vurulmasını istisna etmirəm. Rusiya Azərbaycandan rəsmi üzr istəmir və təzminat ödəməsini üzərinə götürmür. Rusiya ədalətsiz olaraq, beynəlxalq hüquqa zidd olaraq, dünya ilə müharibə aparır. Ukraynada milyonlarla insan öldürüb, şəhərlər dağıdıb. Əlbəttə ki, Azərbaycandan üzr istəməyəcək..
Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməli və Rusiyadan izahat tələb etməlidir.

Məhəmməd Əsədullazadə
Chosen
13
newscenter.az

1Sources