EN

Küləkli hava nə vaxta qədər davam edəcək?

Paytaxt Bakıda küləyin süərti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

"Fevralın 5-i, saat 08.00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir. Küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq 21 m/s təşkil edir. Axşam saatlarında külək bir qədər mülayimləşsə də, 6-sı səhərdən yenidən güclənəcək", – məlumatda qeyd olunub.

Chosen
16
26
ucnoqta.az

10Sources