ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.
Â
Bu barədə TASS Ağ Evin mətbuat qrupuna istinadən məlumat yayıb.
Â
İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.
Â
"Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq", – Tramp yeni sənəd haqqında söyləyib.
Â
Xatırladaq ki, bundan əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində açıqlamışdı.
Â