EN

Azərbaycan Kuboku: 1/4 final 2 oyunla başlayır

Azərbaycan Kubokunun 1/4 final mərhələsi bu gün start götürür.

Msport.az xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

“Neftçi” Tovuzda “Kəpəz”in qonağı olacaq. “Sabah” isə doğma meydanında “Sumqayıt”ı qəbul edəcək.

Qeyd edək ki, digər iki görüş sabah baş tutacaq.

 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

5 fevral

16:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov

Tovuz şəhər stadionu

 

18:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

Bank Respublika Arena

Chosen
2
1
msport.az

4Sources