EN

Yardımlıda əməliyyat keçirildi - Saxlanılanlar var (FOTO)

Bakı. Trend:

Yardımlıda keçirilən əməliyyat zamanı 20 kiloqram narkotikvasitə və psixotrop maddə aşkarlanıb.

Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş küllimiqdarda narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinəçatdıraraq satışını təşkil etmək istəyən şəxslər ifşaediliblər.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləriəməliyyat tədbirləri ilə 39 yaşlı Elvin Novruzov və əvvəllər məhkumolunmuş 36 yaşlı Əlövsət Mustafayev saxlanılıblar. Onlardanşəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri ümumilikdə20 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərbarəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

Yardımlıda
Yardımlıda
Chosen
7
9
az.trend.az

10Sources