Üç nəfər dəm qazından zəhərləndi
Ağstafada zəhərlənmə faktı qeydə alınıb.
Qlobal.net xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində qeydə alınıb.
Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.