İndoneziya sahilində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 101 min nəfər olan Ternate şəhərindən 97 km şimal-qərbdə yerləşib.
Təbiət hadisəsinin ocağı 99 dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
"Cebheinfo.az"