ABŞ Senatı Ağ Evin rəhbəri Donald Trampın irəli sürdüyü ölkənin baş prokuroru (Ədliyyə Departamentinin rəhbəri) vəzifəsinə Pamela Bondinin namizədliyini təsdiqləyib.
Ulusal.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Onun namizədliyi 54 səslə təsdiq edilib”, – məlumatda deyilir.
59 yaşlı Bondi 2011-2019-cu illərdə Floridanın baş prokuroru vəzifəsində çalışıb və bu vəzifəyə seçilən ilk qadın olub.