Ali MÉ™hkÉ™mÉ™dÉ™ quldurluq vÉ™ oÄŸurluqda tÉ™qsirlÉ™ndirilÉ™n Cahangir MÉ™mmÉ™dovun barÉ™sindÉ™ki qÉ™rardan verilÉ™n kassasiya ÅŸikayÉ™ti üzrÉ™ mÉ™hkÉ™mÉ™ iclası baÅŸa çatıb.  Â
Â
Pravda.az-ın É™ldÉ™ etdiyi mÉ™lumata görÉ™, hakim Vidadi CÉ™fÉ™rovun sÉ™drliyi ilÉ™ keçirilÉ™n prosesdÉ™ qÉ™rar elan edilib.Â
Â
Qərara əsasən, şikayət təmin edilməyib.
Â
İttihama görə, Cahangir Məmmədov 2022-ci ildə Göyçay şəhəri Nizami küçəsində yerləşən mağazalardan birinə basqın edib. O, üzərində olan bıçaqla kassanın yanında olan satıcıya həyatı və sağlamlığı üçün zorakılıq tətbiq edəcəyi ilə hədələyərək marketin kassasında olan 500 manat nağd pulu ələ keçirməklə quldurluq edib.
Â
Daha sonra polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib. O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.
Â
Onun evlərdən oğurluq etdiyi də məlum olub.
Â
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 177-ci (oğurluq) maddələri ilə cinayət işi başlanılıb.
Â
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Məmmədov 4 il 7 ay 1 gün müddətə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Â
Kamal Məmmədov
Â
Â
Â
Â
Â