EN

Yumurta BAHALAŞDI - Oğrular...

Fevralın 1-də ABŞ-ın Pensilvaniya ştatında Pete & Gerry's Organics adlı bazarda böyük oğurluq hadisəsi baş verib. Polis rəsmiləri bir yük maşınının arxasından 100 min yumurtanın oğurlandığını bildirib. Oğurlanan yumurtaların bazar dəyərinin 40 min dollar olduğu bildirilib.

Son zamanlar quş qripi epidemiyası ilə əlaqədar yumurtanın qiymətində ciddi artım müşahidə olunur. 

News24.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son bir ildə yumurtanın qiyməti 65 faiz artıb. 2023-cü ilin dekabr ayında bir karton yumurtanın orta qiyməti 2,51 dollar olduğu halda, bir ildən sonra bu rəqəm 4,15 dollara yüksəlib. Bildirilir ki, qiymət artımı ilə əlaqədar bəzi marketlərdə yumurta bölmələri boş qalır. Nazirlik 2025-ci ildə qiymətlərin daha 20 faiz artacağını gözləyir.

Məsələn, ABŞ-ın məşhur “Waffle House” restoranlar şəbəkəsi yumurtanın qiymətinin artması ilə əlaqədar müştərilərindən hər yumurta üçün 0,50 dollar əlavə rüsum almağa başlayıb. Şirkət izah edib ki, bu əlavə ödəniş müvəqqətidir və "yumurta qiymətlərinin görünməmiş artımı ilə əlaqədardır".


Günel Məlikzadə


Chosen
8
news24.az

1Sources