EN

Pekin ABŞ-ın Çinə qarşı tədbirlərinin nəticələrini açıqlayıb

ABŞ-ın Çin mallarına tətbiq etdiyi 10% tarifləri ikitərəfli iqtisadi əməkdaşlığa mane olur və qlobal təchizat zəncirlərini qeyri-sabitləşdirir.

Editor.az xəbər verir ki, bu barədə Çinin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanında daimi nümayəndəliyi məlumat yayıb.

“Birləşmiş Ştatların fevralın 1-dən tətbiq etdiyi əlavə tariflər ÜTT qaydalarını ciddi şəkildə pozur, birtərəfli və proteksionistdir, qaydalara əsaslanan çoxtərəfli ticarət sisteminə məhəl qoymur və zəiflədir”, – Daimi Nümayəndəlik bildirib.

//Gülnarə Abasova, Editor.az

Chosen
3
editor.az

1Sources