“Real”ın baş məşqçisi Karlo Ançelotti yeni mövsümdə İtaliyada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, italiyalı mütəxəssis “Roma”ya baş məşqçi təyin edilə bilər. Bu barədə AS nəşri məlumat yayıb. A Seriyası klubunun rəhbərliyi mütəxəssislə yaxın zamandalarda danışıqlara başlayacaq.
“Roma” A Seriyasında 23 turdan sonra 31 xalla 9-cu sıradadır. Komandaya hazırda Klaudio Ranyeri rəhbərlik edir. Mütəxəssis mövsümün sonunda postundan ayrılacağını açıqlayıb.