"Neftçi" və "Sabah" futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində bu gün ilk oyunlarını keçirəcəklər.
Bizim.Media xəbər verir ki, "ağ-qaralar" "Kəpəz"in qonağı olacaq.
Qarşılaşma Tovuz şəhər stadionunda, saat 16:00-da start götürəcək. Tərəflər arasında cavab matçı fevralın 28-də baş tutacaq.
Günün ikinci oyununda isə "Sabah" "Sumqayıt"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Cavab oyunu fevralın 27-də keçiriləcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər ilk oyunları fevralın 6-da keçiriləcək.
Bizim.Media