Fevralın 5-də Tramp fələstinliləri oradan qonşu ölkələrə köçürdükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirməyi planlaşdırdığını açıqlayıb. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-nin regionun yenidən qurulması və iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silahlardan yaranan təhlükənin aradan qaldırılması üçün məsuliyyət daşıyacağını vəd edib. Trampın planları ərəb liderləri və HƏMAS-ın qınağına səbəb olub, onlar Trampın təkliflərini “qovma” adlandırıblar. Netanyahu, ABŞ prezidentini dəstəkləyərək, "qeyri-standart düşündüyünü və yeni fikirlər təklif etdiyini" söyləyib.